Mebel sifarişində ən çox verilən suallardan biri: "MDF götürüm, yoxsa laminat?" Hər ikisi yaxşı materialdır, sadəcə fərqli ehtiyaclar üçün.
Laminat (LDSP) nədir?
Laminat sıxılmış taxta qırıntısı lövhəsinin üzərinə dekorativ təbəqə çəkilməsi ilə hazırlanır. Taxta, beton, daş görünüşlü və tək rəngli çoxlu dekorları var.
Üstünlükləri: büdcəyə uyğun, cızılmaya qarşı davamlı, təmizlənməsi asan.
Məhdudiyyətləri: forma sadə olur, frez (naxış) vurmaq olmur, rəng seçimi kataloqla məhduddur.
MDF nədir?
MDF daha sıx və hamar lövhədir. Üzərinə boya, akril və ya plyonka çəkilir.
Üstünlükləri: istənilən rəngə boyanır, frezlə klassik fasad hazırlana bilir, kənarları hamar və yumru olur.
Məhdudiyyətləri: laminatdan bahadır, boyalı səthi zərbədən qorumaq lazımdır.
Hansını seçmək lazımdır?
- Büdcə əsasdırsa – korpus və fasad laminat.
- Konkret rəng istəyirsinizsə – boyalı MDF.
- Modern, hamar görünüş – akril və ya mat MDF.
- Klassik interyer – frezli MDF.
Çox vaxt ən yaxşı nəticə qarışıq variantdır: korpus laminatdan, fasad MDF-dən. Bu yanaşma həm mətbəx mebeli, həm də qarderob üçün işləyir. Materialların qiymətə təsiri haqqında mebel qiymətləri səhifəsində oxuyun.



